​Türkiyə prezidenti: "Bizə pilotlarının ingiliscə bilmədiyini dedilər"

11:05 | 02.12.2015
​Türkiyə prezidenti:

​Türkiyə prezidenti: "Bizə pilotlarının ingiliscə bilmədiyini dedilər"

"Biz heç də həmişə təbii qazdan istifadə etməmişik. Millətimiz əzab-əziyyətə öyrəşib. Rusiyanın təbii qazı olmazsa, yandıq, məhv olduq kimi duruma da düşməyəcəyik".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

BMT-nin iqlim dəyişikliyi üzrə Parisdə keçirilən forumunda iştirakını başa vurub Qətərə yola düşən Türkiyə prezidenti təyyarədə jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan başqa Azərbaycan, İran, İraqın şimalındakı muxtar bölgə və Qətərdən təbii qaz alırlar. 

O,Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı bunları söyləyib: "Bu ilk hadisə deyil.Yüzlərlə dəfə belə pozuntu hadisəsi olub. Ötən il Qara dənizdə sərhədi 15 dəqiqə pzodular. Onlara məsələ ilə bağlı xəbərdarlıq edəndə isə pilotlarının ingilis dilini bilmədiyini deyirlər. "Böyük -20"-liyin ("G-20") toplantısında (noyabrın 15-də Antalyada keçirilən toplantını nəzərdə tutur - "Report") mənə dedi ki, bunu qonaq kimi qəbul edək (Rusiya prezidenti Vladimir Putini nəzərdə tutu- "Report"). Mən də dəvətsiz qonaq olmaz. Aralıq dənizin də "Moskva" adlı kreyserləri gəmilərimizə problem yaratmağa başladı. Bunu ona söylədim. Dedi ki, xəbəri yoxdur, lazım olan tərbirləri görəcək".

Kremlin Türkiyəyə qarşı sanksiyalarından danışan Rəcəb Tayyib Ərdoğna deyib:"Rusiya diplomatik davranmır. Hadisəyə emosional yanaşırlar. Sanksiyalardan təcili bəhs etmələri xoşagələn deyil. Rusiyaya qarşı hamı sanksiya tətbiq edərkən (Ukraynaya yönəli siyasətinə görə, Avropa İttifaqı, Avstraliya, Kanada, Yaponiya və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları nəzərdə tutur - "Report" ) biz bunu etmədik. Düşündük ki strateji ortağımızdır, ərzaq malları da daxil olmaqla məhsullarımızı verməyə davam edəcəyik. Onların hərəkətinə baxın: "Bu məhsulları almayacağıq" - deyirlər. İş adamlarımıza əziyyət veririlər. deyirlər ki:ın davranışı diplomatik deyil. Onlar dövlətə aid ciddiliyə uyğun gəlmir. Türkiyə bu məsələdə əsililiyini qoruyur. Biz onlara qarşı eyni davranışdan istifadə etmirik. Biz diplomatik dildən istifadə etməklə özümüzə yaraşanı edirik. Onların da tutduqları yolu dəyişəcəklərini gözləyirik".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb