Türkiyə rəsmisi: "İsraillə danışıqların son mərhələsindəyik"

17:06 | 25.04.2016
Türkiyə rəsmisi:

Türkiyə rəsmisi: "İsraillə danışıqların son mərhələsindəyik"

İbrahim Kalın: Yaxın zamanlarda daha bir görüşün olacağı planlaşdırılır

 "İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın aprelin 25-də keçirdiyi həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik".

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarixdən iki ölkə arasında münasibətlər pozulub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM