​Türkiyə "Rossiya 1" telekanalının çəkiliş qrupunu deportasiya etdi

22:11 | 08.12.2015
​Türkiyə

​Türkiyə "Rossiya 1" telekanalının çəkiliş qrupunu deportasiya etdi

Türkiyə "Rossiya 1" telekanalının jurnalisti Aleksandr Buzaladzenin çəkiliş qrupunu ölkədən deportasiya edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin (ÜDTRŞ) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bununla belə Ankara Rusiya səfirliyinin əməkdaşlarına hadisə ilə bağlı izahat verməkdən imtina edib.

"Jurnalistlər Suriya ilə sərhəddə yerləşən Hatay (Türkiyənin cənub-şərqi. - red) əyalətində saxlanılıblar. Bu, onlar qonşu Qaziantep əyalətinə yollanarkən baş verib", - deyə ÜDTRŞ-dan bildirilib.

"Spetsialnı korrespondent" verilişinin jurnalistləri dekabrın 7-də saxlanılıblar. Bundan sonra ruslar yerli polis məntəqəsinə aparılıb, orada onlara "Türkiyə Respublikası ərazisində xarici jurnalistlərin fəaliyyəti qaydalarının pozulması" əsasında ölkədən deportasiya edilmələri haqqında qərar qəbul olunduğu məlumat verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb