Türkiyə-Suriya sərhəddində ABŞ raket sistemləri yerləşdiriləcək

12:52 | 26.04.2016
Türkiyə-Suriya sərhəddində ABŞ raket sistemləri yerləşdiriləcək

Türkiyə-Suriya sərhəddində ABŞ raket sistemləri yerləşdiriləcək

Türkiyə ilə Suriya sərhəddində may ayında Amerikanın yaylım atəşi reaktiv sistemləri yerləşdiriləcək.

Trend "Haber Turk" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavüşoğlu bildirib.

Nazir deyib ki, əsas məqsəd 98 kilometrlik Menbiç (Suriyanın şimalı) bölgəsini "İslam dövləti" terror qruplaşmasından təmizləməkdir: "Bizim artilleriyanın uzaq mənzili 40 km-dir. Amerikanın HİMARS sistemlərində isə 90 km-dir.

M.Çavuşoğlu bildirib ki, ABŞ reaktiv sistemlərinin yerləşməsindən sonra "İslam dövləti" tərəfindən nəzarət edilən ərazilərə qədər atəş açıla biləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM