Türkiyə suriyalı “aslanları” döyüşə buraxdı

19:16 | 15.03.2018
Türkiyə suriyalı “aslanları” döyüşə buraxdı

Türkiyə suriyalı “aslanları” döyüşə buraxdı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində keçirdiyi "Zeytun budağı”nın 55-ci günündə əməliyyatları davam etdirir. 

Anews.az "Timeturk”ə istinadən xəbər verir ki, bölgəyə 400 nəfər xüsusi təyinatlı əsgər göndərilib. Azad Suriya Ordusu tərkibindən seçilən həmin əsgərlər aylardır ki, sırf şəhər döyüşləri üçün təlimlər keçib.

TSQ və ASO-nun Afrin vilayətini PYD terrorçularından təmizləməsindən sonra növbə Afrin şəhər mərkəzinə çatıb. Şəhərdə mülki əhalinin çox olduğunu nəzərə alan TSQ havadan zərbələr və top atışlarını azaldıb. Dörd tərəfdən mühasirəyə alınan şəhərə daxil olmağa tələsməyən TSQ və ASO mülki əhalinin qaça bilməsi üçün koridor açıb.

TSQ və ASO-ya təlimat verilib ki, Afrində hədəf terrorçulardır: "Silahlarınızı mülki insanlara doğrultmayın!”.

Sputnik.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb