Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

16:08 | 22.01.2018
Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəd ərazisindəki Qalatəpə məhəlləsində təcili yardım çadırlarına 2 ədəd raket atılıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində Türkiyə Elektrik Qurumunun (TEDAŞ) 1 əməkdaşı həlak olub, 3 ASO əsgəri yaralanıb.

"Doğan” xəbər agentliyinin məlumatına görə isə Azad Suriya Ordusunun üzvlərinin Hataydakı düşərgəsinə hücum zamanı 2 nəfər həlak olub, 12 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM