Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzaladı

18:03 | 02.12.2015
Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzaladı

Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzaladı

Rəcəb Tayyib Ərdoğan ötən gecə Qətərə səfər edib


Türkiyənin "BOTAŞ" neft-qaz şirkəti ilə Qətərin "Katar Petrol"u arasında müqavilə imzalanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Qətər Türkiyəyə maye qaz ixrac edəcək.

Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı rəsmi Ankara və Moskva arasında təbii qaza dair böhranın yaranacağı ehtimal edilir. Rusiyanın Türkiyəyə satdığı "mavi yanacağ"ı kəsəcəyi halda, rəsmi Ankara Qətərdən qaz alacaq. Artıq "BOTAŞ"la "Katar petrol" bununla bağlı anlaşma imzalayıb. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Qətərə səfər edib. O, bir müddət öncə bildirmişdi ki, Rusiya təbii qaz nəqlini dayandıracağı halda, Azərbaycan, İran və Qətərdən "mavi yanacaq" idxalını artıracaqlar. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb