Türkiyədə 7 günlük matəm elan olundu

21:45 | 06.02.2023
Türkiyədə 7 günlük matəm elan olundu

Türkiyədə 7 günlük matəm elan olundu

 Fevralın 6-daTürkiyənin cənub-şərqində baş verən 7,4 zəlzələ ilə əlaqədar Türkiyədə 7 günlük matəm elan olunub. Bu barədə Ərdoğan tvitter hesabında yazıb.
 
2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - paylaşımda qeyd olunub.
 
Son məlumatlara görə,Türkiyədə baş verən zəlzələ nəticəsində  ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
 
Bir çox olkələr Türkiyəyə yardım üçün müraciət edib. Türkiyə hökuməti NATO-dan dəstək üçün rəsmi məktub ünvanlayıb.
 
Hazırda Azərbaycandan 400 yaxın canlı heyət və texnika hadisə yerinə ezam olunub.
 
 Gülnar


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb