Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

12:50 | 18.07.2016
Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində "Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.  
 
Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM