Türkiyədə azərbaycanlı İŞİD üzvü həbs olundu

10:41 | 21.05.2017
Türkiyədə azərbaycanlı İŞİD üzvü həbs olundu

Türkiyədə azərbaycanlı İŞİD üzvü həbs olundu

Türkiyə polisinin Ankarada keçirdiyi əməliyyat zamanı İŞİD-in üzvü olan iki terrorçu öldürülüb. Teleqraf.com xəbər verir ki, İŞİD üzvləri polisə müqavimət göstərdiyi üçün öldürülüb.

İstanbulda isə İŞİD-lə əlaqəsi olan bir nəfər saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan əsilli olduğu bildirilir.

Ankara valisi Ərcan Topaca deyib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı Ankaraya fəaliyyətə göstərmək məqsədilə gələn iki terrorçu öldürülüb: "İstanbulda isə Azərbaycan əsilli şəxs İŞİD üzvü olduğu şübhəsi ilə saxlanılıb. Son günlər onun aktiv olması, Ankaraya gəlməsi diqqət çəkib. Ehtimal olunur ki, iki terrorçunu Ankaraya o gətirib. Onun özü bu iki şəxsin İŞİD üzvü olduğu və fəaliyyət göstərmək məqsədilə Ankaraya gəldiyinə dairə ifadə verib. Bundan sonra təcili əməliyyat hazırlanıb”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM