Türkiyədə cütlüklər əl-ələ gəzə bilməyəcək

14:30 | 05.01.2016
Türkiyədə cütlüklər əl-ələ gəzə bilməyəcək

Türkiyədə cütlüklər əl-ələ gəzə bilməyəcək

Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər. Bu barədə «Doğan» xəbər agentliyinə istinadla «Hurriyet» qəzeti yazır. 

Diyanət Vəqfi bildirir ki, «cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə – eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir».

Qurum cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir.

Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb