Türkiyədə daha 14 general həbs edildi

14:04 | 18.07.2016
Türkiyədə daha 14 general həbs edildi

Türkiyədə daha 14 general həbs edildi

Türkiyədə ən azı 14 general və admiral dövlət çevrilişinə cəhddə ittiham üzrə saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Habertürk” telekanalı məlumat yayıb. 

Məlumata görə, hərbçilər dünən axşam İstanbul məhkəməsinin qərarı ilə həbs ediliblər. Onlar silahlı çevrilişə cəhd etməkdə, prezidentə sui-qəsddə və insanları qətlə yetirməkdə ittiham edilirlər.

Bununla yanaşı, iyulun 17-də türk ordusunun komandanlığı çevrilişə cəhd edənlərin hamısının saxlanıldığını bildirib. 

İyulun 16-na keçən gecə bir qrup qiyamçı tərəfindən hərbi çevriliş cəhdi olub. Əsas qarşıdurma Ankara və İstanbulda olub. Türkiyə rəhbərliyi qiyamın yatırıldığını bildirib. Son məlumata görə, 290 nəfər ölüb, 1440-a yaxın şəxs isə yaralanıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM