Türkiyədə edam cəzasının tətbiqinə Avstriyadan münasibət

13:15 | 18.07.2016
Türkiyədə edam cəzasının tətbiqinə Avstriyadan münasibət

Türkiyədə edam cəzasının tətbiqinə Avstriyadan münasibət

Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının tətbiq edilməsi ilə bağlı çağırışlar edilməsi Avropa İttifaqı üçün qəbuledilməzdir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, edam cəzasının tətbiq edilməsi tam qəbuledilməzdir: "Türkiyə aydın başa düşməlidir ki, edam cəzasının saxlanılması tərəfimizdən amansız və qeyri-insani cəza forması kimi rədd edilir”.

S.Kurts qeyd edib ki, Avstriya Xarici İşlər Nazirliyi vasitəsilə Avropanın Türkiyədən müəyyən hədlərə riayət edilməsini tələb etməsini təkid edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM