Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatı

14:00 | 13.03.2016
Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatı

Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatı

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı planlaşdırılır. ANS PRESS-in məlumatına görə, Hakkari vilayətinin Yüksəkova rayonunda ordu və polis böyük anti-terror əməliyyatına başlayır. Anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq. Cizrə, Silopi, Sur və İdil rayonlarındakı əməliyyatlardan fərqli olaraq, Yüksəkovadakı əməliyyat rayon mərkəzləri ilə məhdulaşmayacaq,İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edəcək. Yüksekova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir.

Rayon mərkəzində anti-terror əməliyyatını Jandarma Özəl Hərəkatı və Polis Özəl Hərəkatı həyata keçirəcək, Əməliyyata 11 min polis qatılacaq. Rayonun İran və İraq sərhədlərinə qədər digər ərazilərində əməliyyatı xüsusi təyinatlı ordu birlikləri həyata keçirəcək. Artıq Yüksəkovaya hərbi texnika yeridilməyə başlayıb. Son bir neçə gün ərzində Van, Ağrı, Bitlis və Bingöl kimi qonşu vilayətlərdən Hakkarinin mərkəzinə təcili tibbi yardım və mülki müdafiə briqadaları cəlb olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb