Türkiyədə güclü partlayış: 48 yaralı - VİDEO+YENİLƏNİB

14:19 | 12.09.2016
Türkiyədə güclü partlayış: 48 yaralı - VİDEO+YENİLƏNİB

Türkiyədə güclü partlayış: 48 yaralı - VİDEO+YENİLƏNİB

Son məlumata görə, Türkiyənin Van əyalətində baş verən partlayış nəticəsində yaralananların sayı 48-ə çatıb.
 
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaralılardan iki nəfəri polisdir.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.
 
xxx 
 
Van vilayətində baş vermiş partlayış nəticəsində 19 nəfər yaralanıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Van valisi İbrahim Taşyapan deyib.

Onun sözlərinə görə, terrorçuların hədəfi yaxınlıqdakı binaların mühafizəsini təşkil edən polislər olub.

X X X

12:33

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Van vilayətinin mərkəzində, qubernatorluğun və hakim Ədalət və İnkişaf Partiyası nümayəndəliyinin binaları arasında baş verib.

Yaralıların olduğu bildirilir.

Hadisənin arxasında PKK terror təşkilatının dayandığı deyilir.

Partlayış avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

X X X

12:20

Türkiyənin Van vilayətində güclü partlayış baş verib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış yerinə xilasedicilər və tibbi briqadalar göndərilib.

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM