Türkiyədə hərbi xidmətkeçmə müddəti azaldılacaq

22:51 | 29.07.2016
Türkiyədə hərbi xidmətkeçmə müddəti azaldılacaq

Türkiyədə hərbi xidmətkeçmə müddəti azaldılacaq

Hərbi liseylərin bağlanması da planlaşdırılır

Türkiyədə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydalarında dəyişiklik edilə bilər.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, ölkədə dövlət çevrilişi cəhdindən sonra məcburi hərbi xidmətkeçmə müddəti azaldılacaq. 
Məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.  

Xəbərdə həmçinin Jandarma Baş Komandanlığının hərbçilərinin sayının azaldılacağı, hərbi liseylərin bağlanacağı, Milli Müdafiə Nazirliyinin tamamilə mülki şəxslərdən ibarət olacağı və Türkiyə Silahlı Qüvvələrindən Baş Qərargahından başqa bir binaya köçürüləcəyi qeyd olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM