Türkiyədə polis bölməsinə bomba yüklü maşınla hücum - 2 ölü, 23 yaralı - YENİLƏNİB

14:23 | 08.06.2016
Türkiyədə polis bölməsinə bomba yüklü maşınla hücum  - 2 ölü, 23 yaralı - YENİLƏNİB

Türkiyədə polis bölməsinə bomba yüklü maşınla hücum - 2 ölü, 23 yaralı - YENİLƏNİB

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib. 

Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb

"Anadolu" agentliyi isə terror aktı nəticəsində biri polis olmaqla, 2 nəfərin öldüyünü, 23 nəfər yaralandığını xəbər verib.

****

Türkiyədə polis bölməsinə hücum olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mardinin Midyat qəsəbəsində baş verib. 

Bomba yüklü avtomobil polis bölməsinin binasına çırpılıb. İlkin məlumata görə, xeyli sayda yaralı var. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. 
Partlayış nəticəsində polis binasına ciddi ziyan dəyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb