Türkiyədə üç polis məntəqəsinə hücum: 39 yaralı

10:02 | 14.01.2016
Türkiyədə üç polis məntəqəsinə hücum: 39 yaralı

Türkiyədə üç polis məntəqəsinə hücum: 39 yaralı

Türkiyənin Diyarbəkir vilayətində üç polis məntəqəsinə silahlı hücum edilib. 

Trend-in Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 39 nəfər yaralanıb, polis məntəqələrin binaları güclü xəsarət alıblar.

İlkin məlumata görə, hücum edənlər PKK üzvləridir.

Hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.

Trend-in məlumatına görə, terrorçular bir polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb