Türkiyəli millət vəkilinin Qarabağa səfəri etirazla qarşılandı - FOTO

21:34 | 30.09.2017
Türkiyəli millət vəkilinin Qarabağa səfəri etirazla qarşılandı - FOTO

Türkiyəli millət vəkilinin Qarabağa səfəri etirazla qarşılandı - FOTO

Sentyabrın 25-də Türkiyənin bəzi tanınmış simalarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsi, haqlı olaraq, Azərbaycan ictimaiyyətində böyük hiddət doğurub və ölkə Baş Prokurorluğu istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan məlum cinayət əməlinə qarşı hüquqi proses başladıb. Həqiqət naminə qeyd etməliyik ki, Türkiyə ictimaiyyəti də bu məsələdə Azərbaycanla ortaq mövqe nümayiş etdiriblər. Türkiyə XİN nümayəndəsi isə öz vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələrindən xəbərsiz olduqlarını, bu insanların rəsmi ünvan daşımadıqlarını və bu səfərin Türkiyə dövlətinin mövqeyini ifadə etmədiyini bildirib. 

"Qafqazinfo" xəbər verir ki, Feysbukda "İlham Əliyevin dostları" səhifəsinə üzv olan aktiv jurnalistlər kiçik bir araşdırma apararaq, əslində məsələnin daha dərin olduğunu aşkarlayıblar:

"Aşağıda təqdim etdiyimiz şəkillər Qarabağda çəkilib. Qədim türk yurdu Qarabağa "Artsax" deyə xitab edən qrup üzvləri Qarabağın mənzərəli yerlərində bol-bol şəkil çəkdirib sosial şəbəkələrdə yayımlayıblar. Bu şəkillərin birində, Türkiyə BMM-nin HDP-li üzvü, erməni mənşəli Karo Paylanı da görmək mümkündür. 

Belə çıxır ki, Türkiyə millət vəkili Paylan Türkiyə XİN- i aldadaraq, Qarabağa qanunsuz səfər edib. Ya da Karo Paylan Türk hökumətinin mövqeyini ciddiyə almır. Mətbuatdan məlum olur ki, türkiyəli millət vəkili Yeravanda Ermənistan prezidenti Sarkisyanla da görüşmüş və Türkiyə ilə Ermənistan arasında dialoqun bərpa edilməsi və bu iki ölkə arasında sərhədlərin qeyd-şərtsiz açılması istqamətində fəaliyyət göstərməyin zəruriliyi haqqında müzakirələr aparmışdır. Bunu da qeyd etməliyik ki, Fətullah Gülən Türkiyə üçün kimdirsə, Sarkisyan da Azərbaycan üçün odur. Hər ikisinin əli türk qanına batıb. Azərbaycanda fəaliyyət göstərən bir telekanal Fətullah Gülənlə müsahibə götürdüyü üçün Azərbaycan hökuməti tərəfindən qapadıldı.

Türkiyəli millət vəkili isə Türkiyə dövlətinin imkanları ilə terrorçu Sarkisyanla əməkdaşlıq edir və hətta iki ölkə arasında "qarşılıqlı-faydalı" əməkdaşlığın sxemlərini hazırlayır. Qəribə parodoksdur.Türkiyə hökuməti Paylanın bu istiqamətdə fəaliyyətini məhdudlaşdırmadığı üçün, istər-istəməz belə təəssürat hasil olur ki, rəsmi Ankara tərəfindən Ermənistanla əlaqələri normallaşdırmaq üçün Karo Paylan xüsusi nümayəndə kimi təyin edilib. Paylan da bu vəziyyətədən istifadə edərək, Qarabağda əlini-qolunu sallaya-sallaya gəzir...

İstənilən halda Türkiyə hökuməti məsələyə daha diqqətli yanaşmalı, ümumi ifadələrlə Azərbaycan ictimaiyyətini sakitləşdirməyə çalışmamalıdır. Türkiyə millət vəkili Karo Paylan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib etmədiyi barədə TBMM-də açıqlama verməli, əgər bu səfər təsdiqlənərsə ( Biz sübut təqdim edirik) o, deputat mandatından mərhum edilməlidir. Çünki Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlıq mandatı hər hansı bir erməni mənşəli millət vəkilinin mandatından qat- qat üstündür.

Bəlkə elə Türkiyə hökuməti tərəfindən terrorçuluqda şübhəli bilinib, haqlarında axtarış əmri elan edilən "FETO" üzvləri də Qarabağda gizlənir...
Nə bilmək olar..."

Türkiyəli deputatın səfəri ilə bağlı HDP-nin rəsmi saytında da məlumat yayılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM