Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb

18:00 | 12.08.2016
Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb

Qaçan diplomat dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan həmin diplomat Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinir.
İnformasiyada bildirilib ki, Rusiyaya qaçan diplomat da səfirliyin geri çağırılan 3 əməkdaşından biridir.

Qeyd edək ki, Türkiyənin Banqladeşdəki səfirlyinin iki diplomatı, o cümlədən müvəqqəti işlər vəkili ABŞ-a qaçıb. Rusiyaya qaçan diplomat özü ilə birlikdə ailə üzvlərini də götürüb.

Banqladeşin Xarici İşlər Nazirliyindən bildirilib ki, Ankara onların diplomatik pasportlarını ləğv edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb