“Türklər gəlsə, onlar həyatda qalmayacaq” – Rus ekspert

23:24 | 21.12.2018
“Türklər gəlsə, onlar həyatda qalmayacaq” – Rus ekspert

“Türklər gəlsə, onlar həyatda qalmayacaq” – Rus ekspert

ABŞ hərbçilərinin Suriyadan çıxmasından sonra Demokratik Suriya Qüvvələri (DSQ) bəzi təhlükəsizlik tədbirləri səbəbindən Əsəd rejiminə güzəştə getməyə məcbur olacaq.
Bu sözləri rusiyalı siyasi ekspert Nikolay Surkov ABŞ-ın Suriya ilə bağlı son qərarını müzakirə edərkən deyib.
"Kürdlərin Əsəd hakimiyyəti ilə razılaşmaqdan başqa seçimlərinin olmadığını düşünürəm. Amerikalılardan başqa suriyalı kürdlərin təhlükəsizliyin qarantı olacaq başqa heç kim yoxdur. Bu səbəbdən Dəməşqlə əməkdaşlıq "pisin yaxşısı” timsalındadır. Türklər gələrsə PYD-nin həyatda qalmaq şansı yoxdur. Müzakirə prosesinin başlaması tamamilə məntiqlidir”, – deyə ekspert əlavə edib. (Axar.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb