“Twitter”in sahibi yeni vəzifəyə seçilib

09:11 | 24.12.2013
“Twitter”in sahibi yeni vəzifəyə seçilib

“Twitter”in sahibi yeni vəzifəyə seçilib

“Twitter”in sahibi Cek Dorsi “Walt Disney Company” şirkətinin direktorlar şurasına seçilib“Twitter”in sahiblərindən biri Cek Dorsi “Walt Disney Company” şirkətinin direktorlar şurasına seçilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı “Walt Disney Company” şirkətinin prezidenti və icraçı direktoru Robert Ayqer yayıb.Onun sözlərinə görə, Dorsinin direktorlar şurasına seçilməsi şirkətin strateji məqsədlərinə çatmasına köməklik göstərəcək.Qeyd edək ki, “Twitter”in əmlakı 14.2 milyard dollar dəyərləndirilir. “The Walt Disney Company” şirkəti isə 1923-cü ildə Uolt Disney tərəfindən yaradılıb və hazırda dünyanın 15 ən populyar brendlərindən biridir. 2012-ci ildə şirkət 42.3 milyard dollar gəlir əldə edib. Şirkətin dünyanın 172 ölkəsində fəaliyyət göstərən 1300 radio və televiziyası 53 dildə yayımlanır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb