Uçuşa dəqiqələr qalmış pilot öldü

12:42 | 15.06.2017
Uçuşa dəqiqələr qalmış pilot öldü

Uçuşa dəqiqələr qalmış pilot öldü

Uçuşa getmək üçün axşam saatlarında İstanbul Atatürk Hava Limanına gələn kapitan pilot Gürcan Mantı iş otağının olduğu ərazidən təyyarəyə gedərkən qəfil halı pisləşib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Türk Hava Yollarının kapitan pilotu və TALPA-nın (Türkiyə Hava Yolları Pilotları Dərnəyi) keçmiş rəhbəri Gürcan Mantının infarkt keçirdiyi məlum olub.

Bütün müdaxilələrə baxmayaraq, Mantının həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM