UEFA-dan "Beşiktaş"ın baş məşqçisinə cəza

10:31 | 21.08.2014
UEFA-dan "Beşiktaş"ın baş məşqçisinə cəza

UEFA-dan "Beşiktaş"ın baş məşqçisinə cəza

Slaven Biliç Çempionlar Liqasının pley-off mərhələsində "Arsenal"la cavab qarşılaşmasını tribunadan izləməli olacaq.

Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, UEFA xorvatiyalı mütəxəssisi bir oyunluq cəzalandırıb. Buna onun "Arsenal"la ilk matçda qarşılaşmanın hakimi Milorad Maziçlə mübahisə etməsi səbəb olub. S.Biliç bu hərəkətinə görə həmin vaxt hakim tərəfindən tribunaya göndərilmişdi.

Qeyd edək ki, "Beşiktaş" və "Arsenal" komandaları arasında ilk matç 0:0 hesabı ilə başa çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM