UEFA "Avro-2016"da dəyişiklik etdi

21:53 | 24.01.2014
UEFA "Avro-2016"da dəyişiklik etdi

UEFA "Avro-2016"da dəyişiklik etdi

UEFA 2016-ci ildə Fransada təşkil olunacaq Avropa çempionatı ilə bağlı bəzi yeni qərarlar verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, sözügedən çempionatda ilk dəfə iştirak edəcək Qibreltarla İspaniya yığması siyasi səbəblərdən qarşılaşmayacaq. O cümlədən ötən illərdə olduğu kimi Ermənistan və Azərbaycan, Rusiya ilə Gürcüstan da üz-üzə gəlməyəcək.

Ən əsas dəyişiklik budur ki, turnirə final mərhələsindən qatılacağı planlaşdırılan ev sahibi Fransa millisi seçmə mərhələdə iştirak edəcək. Ancaq yığmanın oynadığı heç bir qarşılaşmanın hesabı nəzərə alınmayacaq. Yəni bu oyundakı nəticələr turnir cədvəlinə təsir etməyəcək.

Qeyd edək ki, millimiz "Avro-2016"da beşinci səbətdə yer alıb.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb