UEFA "Qarabağ" üçün 263 min avro ayırdı

11:17 | 20.09.2014
UEFA "Qarabağ" üçün 263 min avro ayırdı

UEFA "Qarabağ" üçün 263 min avro ayırdı

UEFA avrokuboklarda iştirak edən klublara əlavə pul verəcək. ANN.Az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar qəbul edilib.Qərara əsasən "Maliyyə Fair-Play"ına görə klublara verilən cəzalardan toplanan vəsaitin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edən klublar arasında bərabər şəkildə bölünəcək. Bu zaman "Maliyyə Fair-Play"ına görə cəzalanmış klublara pay düşməyəcək.Bu il eyni səbəbdən klublar 24 milyon avro cərimə edilib. Avrokubokların qrup mərhələsində iştirak edən 80 klubdan 7-si cəza aldığından cərimələrdən pay ala bilməyəcək. Qalan 73 klub isə 24 milyon avronun 80 faicini - 19 milyon 200 min avroya sahib çıxacaş. Hər klub təxminən 263 min avro alacaq. Onların arasında Avropa Liqasının qrup mərhələsində iştirak edən "Qarabağ" da var. Ağdam klubu indiyədək "Maliyyə Fair-Play"ına görə cəzalanmayıb.Qalan 20 faiz - 4 milyon 800 min avro isə avrokuboklarda mübarizəni dayandırmış klublara veriləcək. 155 klub arasında bölünəcək bu məbləğdən hər birinə təxminən 30 min avro düşəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb