Uinston Çerçilin qızı vəfat etdi

21:46 | 02.06.2014
Uinston Çerçilin qızı vəfat etdi

Uinston Çerçilin qızı vəfat etdi

Böyük Britaniya sabiq baş naziri Uinston Çerçilin qızı vəfat edib. ANS PRESS-in məlumatına görə, mərhum baş nazirin kiçik qızı Meri Soums 91 yaşında dünyasını dəyişib. O, 31 may tarixində Londonda öz evində vəfat edib. İkinci dünya müharibəsi illərində o Londonda, Belçikada və Almaniyada xidmət edib və xidmətlərinə görə kiçik zabit rütbəsi alıb. Meri Soums Britaniya ordusunun arxa bölməsinə xidmət edib və beynəlxalq səfərlərdə atasını müşayiət edib. O 1945-ci il Potsdam konfransında ABŞ prezidenti Harri Trumenomla və sovet lideri Stalinlə görüşüb.Onun mərhum əri Kristofer Soums Uinston Çerçilin də üzv olduğu Mühafizəkarlar partiyasının görkəmli xadimi olub. Meri Soums həmçinin bir neçə xeyriyyə təşkilatının himayəçisi və yazıçı kimi məşhur idi. O, öz anasının tərcümeyi-halını dərc edib və öz valideynləri tərəfindən yazılmış məktubların toplusunu çap edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM