Ukrayna Azərbaycana ixracının 53%-ni itirdi

22:27 | 05.07.2016
Ukrayna Azərbaycana ixracının 53%-ni itirdi

Ukrayna Azərbaycana ixracının 53%-ni itirdi

Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq.
 
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya deyib.
 
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısı genişlənib.

"Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir", - deyə nazir müavini qeyd edib.
 
O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM