Ukrayna “bədəl ödəməyə” hazırdır

21:20 | 17.12.2015
Ukrayna “bədəl ödəməyə” hazırdır

Ukrayna “bədəl ödəməyə” hazırdır

Ukrayna prezidenti Petro Poroshenko deyir ki, ölkəsi Avropa Birliyi ilə ticarət sazişinin "bədəlini ödəməyə hazırdır”. Poroshenko bunu Brüsseldən qayıdarkən söyləyib.

Dekabrın 16-da Moskva Kiyevlə azad ticarətin dayandırıldığını bildirib. Səbəb yanvarın 1-dən Ukraynanın Avropa Birliyi (AB) ilə oxşar sazişinin qüvvəyə minməsidir.

Elə həmin ticarət sazişi Kiyevdə etirazlar doğurmuş, keçmiş prezident Viktor Yanukovych devrilmiş, daha sonra Rusiya Ukraynanın Krım yarımadasını anneksiya etmişdi.

Dekabrın 16-da Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, yanvarın 15-dən Kiyevlə Krımla ticarəti dayandırır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb