Ukrayna hədələdi: "Müharibə elan edə bilərik"

11:19 | 09.09.2014
Ukrayna hədələdi: "Müharibə elan edə bilərik"

Ukrayna hədələdi: "Müharibə elan edə bilərik"

Ukraynanın baş naziri Arseni Yatsenyuk "Atəşkəsin pozulması Ukraynanı müharibə elan etməyə məcbur edə bilər", -deyib. 
ANN.Az "Hurriyet.com.tr"yə istinadən xəbər verir ki, ötən cümə günü Rusiya və Ukrayna arasında atəşkəs razılaşması olub. Baş nazir Arseni Yatsenyuk bu atəşkəs razılaşmasının da pozula biləcəyindən narahatlığını dilə gətirib və bu barədə açıqlama verib. Ölkə televiziyalarından birinə müsahibəsində o, Ukraynanın müharibə istəmədiyini, keçən həftə imzalanan və Qərb ölkələrinin də dəstəklədiyi atəşkəsin uzunmüddətli olmasına ümid etdiklərini bildirib: "Əgər bu razılaşmanın da nəticəsi bundan əvvəlki atəşkəs kimi olarsa, Ukrayna üçün müharibə elan etməkdən başqa çarə qalmayacaq".
Baş nazir ölkədə onsuz da elan olunmamış müharibənin getdiyini və bunun Ukraynanın həm sosial, həm də iqtisadi həyatında dərin iz buraxdığını deyib.
Digər tərəfdən Yatsenyuk əgər müharibə elan olunarsa, münaqişənin diplomatik həll yolunun bağlanacağını və bu halda belə bir qərarın qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini də bildiklərini deyib.
Prezidentlər telefonla danışdı
Ötən axşam Ukrayna prezidenti Poroşenko ölkənin Mariupol şəhərinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Ukrayna prezidentinin mətbuat katibliyinin yaydığı xəbərə görə, telefon söhbəti zamanı tərəflər arasında elan edilən atəşkəs müddətinin uzadılması məsələlərinin koordinasiya edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Açıqlamaya görə, ATƏT-in də dəstəklədiyi atəşkəs razılaşmasına prezidentlər Poroşenko və Putin tərəfindən də önəm verildiyi, eləcə də münaqişənini həll olunması istiqamətində dialoqun davam etdirilməsi məsələləri müzakirə edilib.
Sonuncu atəşkəs razılaşması sentyabrın 5-də Minskdə baş tutub. Bundan sonra sentyabrın 6-da iki ölkə rəhbərlərinin telefon danışığı olub. Dünən axşam saatlarında ikinci dəfə telefon əlaqəsi yaradan prezidentlər atəşkəs razılaşmasına riayət edilməsi, eləcə də bu razılaşmanın uzunmüddət davam etməsi barədə müzakirələr aparıblar.
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb