Ukrayna müharibəsində ilk azərbaycanlı döyüşçü həlak oldu

18:16 | 11.08.2014
Ukrayna müharibəsində ilk azərbaycanlı döyüşçü həlak oldu

Ukrayna müharibəsində ilk azərbaycanlı döyüşçü həlak oldu

Ukrayna ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı həlak olub.

Publika.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Azərbaycanın Zəngilan rayonundan olan Yolçu Əliyev separatçılara qarşı döyüşdə öldürülüb.

Əldə etdiyimiz məlumata görə, Y. Əliyev Maydan etirazlarının ilk günündən fəal olub. O, tabeliyindəki 10 döyüşçü tribunanın qorunmasında iştirak edib. Sonradan o, sağ sektorun yüznəfərlik “UNSO 24” qrupunda döyüşüb. Y. Əliyevi döyüş yoldaşları Ruslan adı ilə tanıyıblar.

Onun Qarabağ qazisi olduğu deyilir. Şərqi Ukrayna hadisələri başlayanda “Aydar” batalyonuna öz döyüşçüləri ilə qatılıb. Batalyon Luqanskda döyüşürdü. Separatçıların əsas muzdlu alayı olan “VOSTOK”un məğlub edilməsində Y.Əliyev də iştirak edib.

Luqansda onun rəhbərlik etdiyi 10 nəfərlik qrup “Qraq” reaktiv yaylım atəş sistemi ilə vurulub və nəticədə onların hamısı həlak olub. Y. Əliyev Ukrayna müharibəsində həlak olan ilk azərbaycanlıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb