Ukrayna müxalifəti: Yanukoviç Putinlə imzaladığı sənədi dərhal açıqlamalıdır

17:02 | 07.12.2013
Ukrayna müxalifəti: Yanukoviç Putinlə imzaladığı sənədi dərhal açıqlamalıdır

Ukrayna müxalifəti: Yanukoviç Putinlə imzaladığı sənədi dərhal açıqlamalıdır

“Viktor Yanukoviç Soçidə Rusiya prezidenti Vladimir Putinlə imzaladığı razılaşmanı dərhal açıqlamalıdır”.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının deputatı Nikolay Tomenko deyib.

 

Ukraynanın Gömrük İttifaqına qoşulması ilə bağlı razılıq əldə olunduğu haqda xəbərlərə toxunan N. Tomenko bildirib ki, əvvəlcə sənədi görmək lazımdır: “Ona görə də mən prezidentə müraciət etmişəm ki, bu sənədin mətnini tanışlıq üçün bizə təqdim etsin. Biz bu sənədin beynəlxalq müqavilə formasında imzalanıb-imzalanmadığını bilməliyik. Əgər belədirsə, onda saziş ratifikasiya üçün Ali Radaya təqdim olunmalıdır. İstənilən halda prezident mövcud qanunvericiliyi, Konstitusiyanı pozub və mümkündür ki, vətənə xəyanət edib”.    

 

Xatırladaq ki, tanınmış britaniyalı jurnalist, “The Economist” jurnalının baş redaktoru Edvard Lukas Rusiya və Ukrayna prezidentlərinin dekabrın 6-da Soçidə keçirilən görüşündə Ukraynanın Gömrük İttifaqına qoşulması ilə bağlı razılıq əldə edildiyini bildirib. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb