Ukrayna prezidentliyinə namizəd olacağam - Savçenko

17:40 | 22.03.2018
Ukrayna prezidentliyinə namizəd olacağam - Savçenko

Ukrayna prezidentliyinə namizəd olacağam - Savçenko

Ukrayna prezidentliyinə namizədliyimi verəcəyəm.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı deputat Nadejda Savçenko söyləyib.

"Rusiya həbsxanasından çıxan günü bəyan etdim ki, Ukrayna prezidentliyinə namizəd olacağam. Mən sözlərimi dəyişən adam deyiləm. Bəlkə də bu sizlər üçün gülməli olacaq, amma bəziləri mənim bu addımı atmağımı gözləyirlər", - deyə o bildirib.

Qeyd edək ki, Savçenkoya qarşı Ali Radada terakt planlaması ilə bağlı ittiham irəli sürülüb. Onun deputat toxunulmazlığından məhrum ediləcəyi gözlənilir. Bu gün baş prokuror buna görə Radada keçirilən iclasa qatılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb