Ukrayna Rusiyaya məhkəmədə sübut edəcək- Təyyarəni vurduğunu

15:03 | 21.07.2014
Ukrayna Rusiyaya məhkəmədə sübut edəcək- Təyyarəni vurduğunu

Ukrayna Rusiyaya məhkəmədə sübut edəcək- Təyyarəni vurduğunu

“Rusiyanı beynəlxalq məhkəmə instansiyasına vermək üçün bizdə kifayət qədər sübut olacaq” 
AzNews.az-ın xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyat Departamentinin rəisi Vitaliy Nayda yerli mediaya açıqlamasında deyib. 
O bildirib ki, hələlik Ukrayna Malayziya təyyarəsinin qəzası ilə əlaqədar bütün sübutlara malik deyil: “Lakin, tezliklə bu sübutlar bizdə olacaq. Ancaq hazırda çoxlu sayda operativ informasiyaya sahibik. Bu məsələdə xarici tərəfdaşlarımızla birdə fəaliyyət göstəririk”. 
UTX nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Rusiyanın təyyarənin vurulmasında əlaqəsinin olmasını sübut edəcək dəlillərə malik olacaq və bu da məsələnin beynəlxalq məhkəmə instansiyasına çıxarılmasına təkan verəcək. “Biz sübut edəcəyik ki, Ukraynada vətəndaş müharibəsi deyil, Rusiyanın terror şəbəkəsi fəaliyyətidir. Bu gün “Boeing-777”ni vuran qurğunun Rusiyaya məxsus olduğunu və içərisindəki heyətin ruslardan ibarət olduğuna dair inkaredilməz məlumatlarımız da var”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM