Ukrayna Tramp-ın dediklərini rədd edir

13:37 | 29.07.2016
Ukrayna Tramp-ın dediklərini rədd edir

Ukrayna Tramp-ın dediklərini rədd edir

Ukraynanın BMT-dəki səfiri ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın Krımla bağlı dediklərini rədd edib.

Trump iyulun 27-də deyib ki, Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım vilayətini tanımağı nəzərdən keçirərdi. Bu ilhaqı dünyanın əksər ölkələri pisləyib.

"Cənab Trump ABŞ-ın prezidenti deyil, hər halda, hələ ki, deyil”, səfir Volodymyr Yelchenko iyulun 28-d Nyu Yorkda deyib. O, BMT-nin Təhlükəsizlik Şurasını çağırıb ki, Rusiyanın Krımı cənubi Rusiyaya birləşdirməklə bağlı addımını qanunsuz adlandırsın və bir daha yarımadanın Ukraynaya məxsus olduğunu elan etsin.

"BMT 2014-vü ildəki ilhaqı qanunsuz adlandırıb. Əminəm ki, ABŞ-da istənilən hökumət bu qərarlara tam hörmətlə yanaşacaq”, Yelchenko söyləyib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM