Ukraynada davam edən müharibədə ölən mülki şəxslərin sayı 10 000-i keçib

21:29 | 11.04.2024
Ukraynada davam edən müharibədə ölən mülki şəxslərin sayı 10 000-i keçib

Ukraynada davam edən müharibədə ölən mülki şəxslərin sayı 10 000-i keçib

Ukraynada davam edən müharibədə 2 il ərzində 10 810 mülki şəxs həlak olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclasında BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença qeyd edib.
 
Yença vurğulayıb ki, həlak olanların 600-ü uşaqdır. 
 
O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə martda 57 uşaq öldürülüb.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır.

"Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir”, - o deyib.

Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM