Ukraynada iki yaralı zabit özləri ilə 12 rus əgərini partladıb

18:41 | 29.08.2014
Ukraynada iki yaralı zabit özləri ilə 12 rus əgərini partladıb

Ukraynada iki yaralı zabit özləri ilə 12 rus əgərini partladıb

Ukraynanın şərqində gedən döyüşlərdə 2 zabitin göstərdiyi fədakarlıq hər kəsi heyrətləndirib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donbas regionunda Ukrayna ordusunun zenit-raket diviziyası Rusiyanın 331-ci desant alayının mühasirəsinə düşüb. Pulemyot və artilleriyadan atəşə tutulan ukraynalı hərbçilərin əksəriyyəti mühasirədən çıxa bilsələr də, yaralı mayor Aleksey Şepelyuk və Aleksandr Kandesyuk 12 rus desantçısının əhatəsinə düşüblər. Təslim olmaq təklifini rədd edən ukraynalı zabitlər sonda üzərlərindəki qumbara ilə həm özlərini, həm də rus hərbçilərini partladıblar.

Ukrayna terror əleyhinə mübarizə mərkəzi prezident Pyotr Poroşenkoya müraciət edərək mayor Şepelyuk və Kandesyuka ölümündən sonra Ukraynanın Milli Qəhrəmanı verilməsini təklif edib

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb