Ukraynada metronu partlatmaq istəyən diversant saxlanılıb

10:17 | 05.03.2022
Ukraynada metronu partlatmaq istəyən diversant saxlanılıb

Ukraynada metronu partlatmaq istəyən diversant saxlanılıb

Martın 4-də axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərindəki metrostansiyaların birində üzərində əl qumbaraları ilə dolu yük olan şəxs saxlanılıb.
 
Hadisə paytaxtın Darnitsa rayonunda yerləşən "Slavutiç" metrostansiyasında qeydə alınıb.
 
Belə ki, stansiyada saxlanılan şübhəli şəxsin gizli şəkildə Belarusdan keçərək Ukrayna ərazisinə daxil olan diversant olduğu müəyyənləşib.
 
Həmin şəxs yerli polis tərəfindən dərhal tərksilah edilib.
 
Həmin stansiya Ukraynadakı vəziyyətlə əlaqədar olaraq sığınacaq kimi istifadə edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb