Ukraynanın xarici borcu 76 milyard dolları ötüb

11:45 | 06.09.2017
Ukraynanın xarici borcu 76 milyard dolları ötüb

Ukraynanın xarici borcu 76 milyard dolları ötüb

Ukraynanın dövlət borcu 31 iyul 2017-ci il tarixinə 1,05 milyard dollar artaraq, 76,06 milyard dollara çatıb. 

anews.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, dövlət təminatlı borcun həcmi 1,971 trilyon qrivin təşkil edir. Bir ay əvvəl isə bu rəqəm 1,957 trilyon qrivin olub. Borcun artmasına səbəb qrivinin rəsmi məzənnəsinin dollara nisbətdə dəyərdən düşməsidir.

Ukrayna rəsmilərinin açıqlamalarına görə, hökumət hər il xarici borclar üzrə xidmətə 100 milyard qrivin - dollar ekvivalentində 3,8 milyard dollar xərcləyir. 2019-cu ilin sonuna qədər rəsmi Kiyev borc öhdəliklərinin icrasına 12,8 milyard dollar sərf etməlidir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb