Ukraynaya 335 milyon dollar ayrılır

11:38 | 01.04.2016
Ukraynaya 335 milyon dollar ayrılır

Ukraynaya 335 milyon dollar ayrılır

Ağ Ev bəyan edib ki, Ukraynaya "təhlükəsizlik yardımı” kimi 335 milyon dollar verəcək. Martın 31-də ABŞ-ın Vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb. Məlumat da ondan sonra açıqlanıb.

Bu yardım Ukraynaya çox lazımdır. Belə ki, Rusiya Krımı anneksiya edəndən, ölkənin şərqində münaqişə başlanandan iqtisadi böhran yaranıb.

Vaşinqton Ukraynanın qərbpərəst hökumətini dəstəkləyir. Ancaq Kiyevdəki korrupsiya sarıdan narahatlığı var. Bu həftənin əvvəlində Ukraynada baş prokuror istefaya göndərilib. Onun korrupsiya araşdırmalarını əngəllədiyi bildirilirdi.

Ağ Evin məlumatına görə, Biden Poroshenko-ya deyib ki, yeni islahatpərəst hökumət qurulsa, daha artıq yardım göstərilə bilər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb