Universitetdə İŞİD əməliyyatı: tələbələr saxlanıldı - VİDEO

17:11 | 01.10.2014
Universitetdə İŞİD əməliyyatı: tələbələr saxlanıldı - VİDEO

Universitetdə İŞİD əməliyyatı: tələbələr saxlanıldı - VİDEO

Türkiyədə İstanbul universitetində İŞİD terror təşkilatını dəstəkləməkdə şübhəli bilinən tələbələr saxlanılıb. 
ANN.Az-ın Türk mediasına istinadən xəbərinə görə, bu gün səhər saatlarında fərqli fikirli tələbələr arasında toqquşma baş verib. Vəziyyət o həddə çatıb ki, məsələyə polis su şırnaqları və dubinkalarla müdaxilə eləmək məcburiyyətində qalıb. 
Polis təhsil ocağına daxil olaraq, 3 tələbəni saxlayıb. Üzərlərində qara maska, qara papaq və dəyənəklər olan tələbələrin universitet daxilindəki toqquşamalar zamanı bunlardan istifadə etdiyi bildirilib. 
Universitetdə cümə və bazar ertəsi günləri gərginlik yaşanıb. İŞİD-i protesto edən tələbələrə bir qrup tələbə mane olub, beləliklə, onlar arasında qarşıdurma baş verib. 
ANN.Az
İstanbul Üniversitesi'nde IŞİD operasyonu: 3... cumhuriyet
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb