“Urmiya gölü son nəfəsindədir”

19:13 | 29.11.2013
“Urmiya gölü son nəfəsindədir”

“Urmiya gölü son nəfəsindədir”

“Urmiya gölü son nəfəslərini alır”.APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, bunu Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin deputatı Məsud Pezeşkian İran parlamentində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda Urmiya gölünün vəziyyəti çox pisdir: “Tezliklə tədbir görülməsə, dəymiş ziyanı kompensasiya etmək qeyri-mümkün olacaq”. Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan gölün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldə suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib, 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb