Uşağın barmağından dəmir halqanı belə çıxardılar- Bakıda+Video

11:35 | 23.07.2014
Uşağın barmağından dəmir halqanı belə çıxardılar- Bakıda+Video

Uşağın barmağından dəmir halqanı belə çıxardılar- Bakıda+Video

Sabunçu rayonunda 4 yaşlı uşağın sol əlinin barmağına keçən dəmir halqa həm azyaşlıya, həm də ki, onun valideynlərinə çətin anlar yaşadıb. 
ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, əvvəlcə 2010-cu il təvəllüdlü Quluzadə Xəyyam Ramil oğlunun valideynləri ona köməklik göstərmək istəsələr də dəmir halqanı uşağın barmağından çıxarmaq mümkün olmayıb. Bundan sonra balaca Xəyyam yaxınları tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Amma həkimlər də nə qədər çalışsalar da ona kömək edə bilməyiblər. 
Bu səbəbdən xəstəxanadan Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumat verilib. Dərhal əraziyə xilasedicilər cəlb edilib. Xilasedicilər hadisə yerində olan xəstəxananın cərrah və həkimlərinin nəzarəti altında dəmir halqanı təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət vasitəsilə kəsərək azyaşlının barmağından çıxarıblar. 
Bundan sonra isə Xəyyam Quluzadə xəstəxananın həkimlərinə təhvil verilib. 
Hazırda uşağın səhhətinin normal olduğu bildirilir.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb