Valişvili: İran qazı Azərbaycan qazından bahadır

16:26 | 18.02.2016
Valişvili: İran qazı Azərbaycan qazından bahadır

Valişvili: İran qazı Azərbaycan qazından bahadır

Energetika nazirinin müavini Maryam Valişvilinin bəyanatına görə, Gürcüstan İrandan qazın nəqli barədə qərar qəbul etməyib. Belə ki, ölkəyə qazın tədarükü üzrə strateji müttəfiq Azərbaycandır.

Oxu.Az "Qruziya Online”a istinadən xəbər verir ki, GDS telekanalında yayımlanan "20:30” verilişinin efirində nazir müavini bu gün üçün İran qazının Rusiya və Azərbaycan qazından baha olduğunu bildirib.

Azərbaycan resursunu həcm və qiymət baxımından tamamən mənimsəmək mümkün olsa, İran qazı təbii ki, əlavə imkan kimi nəzərdən keçiriləcək.

İran qazı hazırda Azərbaycan və Rusiya qazından bahadır.

Təbii qazın qiyməti dəyişir. Onun qiyməti əsasən neftin qiymətindən asılıdır.

Ona görə də biz ümid edirik ki, İran qazı beynəlxalq məhsul olduqdan sonra kommersiya detallarını nəzərdən keçirmək rasional olar”, - Maryam Valişvili qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM