Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır”

18:08 | 19.04.2016
Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır”

Vaqif Dərgahlı: “Azərbaycan döyüş texnikasını təmas xəttinə çıxarmır”

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya Azərbaycana məxsus tankın vurulması barədə yaydığı məlumatlara münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-nın sorğusuna cavabında bildirib ki, Azərbaycan əldə olunmuş razılığa ciddi şəkildə əməl edir: "Azərbaycana məxsus tanklar, o cümlədən digər döyüş texnikası qoşunların təmas xəttinə çıxarılmayıb. Əsgərlərimiz erməniləri o qədər qorxuya salıb ki, hətta özlərinin məhv edilmiş tanklarını Azərbaycan tərəfinin adına çıxırlar. Biz birmənalı şəkildə bildiririk ki, yayılmış fotoda görünən tank erməni tankıdır və aprelin əvvəllərində aktiv döyüş əməliyyatları keçirilən zaman silahlı qüvvələrimizin bölmələri tərəfindən məhv edilib. Düşmənin bu cür yalan informasiyalar yaymaqda məqsədi ruhdan düşmüş erməni əsgərində yenidən ruh yüksəkliyi yaratmaqdan ibarətdir”.
 
Qeyd edək ki, Ermənistan mətbuatı qoşunların təmas xəttində Azərbaycana məxsus tankın vurulması barədə məlumat və foto yayıb. Yeni görüntü kimi təqdim olunan foto bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən düşmən tankı kimi mətbuatda yayılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb