Vaşinqtonda türklərlə ermənilər üz-üzə

15:53 | 25.04.2014
Vaşinqtonda türklərlə ermənilər üz-üzə

Vaşinqtonda türklərlə ermənilər üz-üzə

Qondarma erməni soyqırımının növbəti ildönümü ilə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, aksiyanı üzbəüz iki qrup - türklər və ermənilər keçiriblər. Məlumata görə, ermənilərin səfirliyin önünə toplaşmasının əleyhinə olan türklər gecədən başlayaraq binanın qarşısına toplaşıblar. Onlar Türkiyə və Azərbaycan bayraqları asaraq "Uşaqlarınızı yalanlarla bəsləməkdən çəkinin", "Erməni yalanlarına son" kimi şüarlar səsləndiriblər. Ermənilər isə əllərində Türkiyəni ittiham edən şüarlar yazılan plakatlar ilə yolun qarşı tərəfinə toplaşıblar. Bir qrup erməni isə türklərin arasına girməyə çalışaraq ixtişaşa cəhd ediblər. Lakin səfirliyin mühafizə xidməti dərhal müdaxilə edərək erməni qrupu uzaqlaşdırıb. Qeyd eədk ki, ötən gün Ahıska türkləri də Çikaqoda bələdiyyə binası önündə toplaşaraq erməni iddialarına qarşı çıxıblar. Ahıska Türk Amerika Toplum Mərkəzi (ATACC) rəhbəri olan İslam Şahbendarov ahıska türklərinin Gürcüstand akı ermənilər üzündə ciddi problemlər yaşadığını qeyd edib. "Onların iddialarının heş bir əsası yoxdur. Amma biz azərbaycanlı qardaşlarımıza qarşı törədilən Xocalı qətliamının şahidi olmuşuq". Azərbaycanlıların da qatıldığı aksiyaya Türk Amerika Mədəniyyət Birliyi də (TACA) dəstək verib. azərbaycanlılar aksiyada "Ermənistan Azərbaycan torpaqlarında çıx",Erməni terrorizmi" və "1986, 2000, 2007-ci illərdə BMT erməni iddialarını rədd etdi" kimi yazılar olan plakatlar açıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb