Vatikan: Niyə soyqırım sözünü işlətmək aludəçiliyi var?

19:03 | 22.06.2016
Vatikan: Niyə soyqırım sözünü işlətmək aludəçiliyi var?

Vatikan: Niyə soyqırım sözünü işlətmək aludəçiliyi var?

Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma papasının Ermənistana səfəri öncəsi keçirdiyi brifinqdə uydurma "erməni soyqırımı"na münasibətdə "medz yegern” (böyük fəlakət) ifadəsini işlətməyə üstünlük verdiyi bildirib.
 
APA-nın "dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, "soyqırım” ifadəsini niyə işlətməməsi barədə jurnalistin sualı F. Lombardini qıcıqlandırıb. "Niyə soyqırım sözünü işlətmək aludəçiliyi var? Və niyə bütün suallarda eyni məsələ soruşulur? Biz nə baş verdiyini bilirik. Qorxunc bir qətliam yaşandığını heç kim inkar etmir. Biz məhz bu qətliamı anmaq üçün memorialı ziyarət edəcəyik, lakin bunun siyasi və ideoloji müzakirələr tələsi olmasını istəmirik”, - deyə F. Lombardi söyləyib.
 
F. Lombardi səfərdə məqsədin barışığa təşviq etmək olduğunu bildirib. O, 1915-ci ildəki təqiblər zamanı bəzi türklərin erməniləri evlərində gizlətdiyini də deyib.
 
F. Lombardi qeyd edib ki, papanın Ermənistan, Azərbaycan və Gürcüstana eyni zamanda səfər etməməsinin səbəbləri müxtəlifdir: "Bunlardan biri Gürcüstan patriarxının bu vaxtlar Yunanıstanda olması ilə bağlıdır”.
 
Qeyd edək ki, Roma papası iyunun 24-26-da Ermənistanda səfərdə olacaq. Papanın paytaxt İrəvandan başlayacaq ziyarətinin şüarı "Papa Fransisk Qafqazda. Xristianlığı ilk qəbul edən ölkəyə ziyarət” olaraq müəyyən edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb