“Velotrek”in ərazisi göydələnlərə verildi - Foto

09:00 | 27.12.2014
“Velotrek”in ərazisi göydələnlərə verildi - Foto

“Velotrek”in ərazisi göydələnlərə verildi - Foto

Bakının köhnə avtovağzalının ərazisində göydələn tikintisi "Velotrek”in sahəsinə girib. Şəhərin uzun müddət istifadəsiz qalan bu massivində yeni binalar inşa edilir və velosiped ərazisinin bir hissəsi də onun gözünə qatılıb.
 
Axar.az-ın məlumatına görə, "Velotrek”in boş qalan hissəsi alınıb və rəsmiləşdirilib. 2009-cu ildən avtomobillərin cərimə meydançasına çevrilən köhnə vağzal ərazisində inşa işlərinin təməli qoyulub. Göydələnləri "Effekt 2011” MMC inşa edir. Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov qeyd etmişdi ki, ərazi yaşayış binalarının əhatəsində yerləşdiyindən, orada yaşayış kompleksinin tikintisi məqbuldur.
 
Gənclər və İdman naziri Azad Rəhimov bir neçə il əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, orada sıxlıqdır, binalar var, insanlar çoxdur: "Ona görə də velosiped sürmək üçün çətinliklər var. Ola bilsin ki, yeni Velotrek tikilsin və hazırda olan Velotrek isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qaytarılsın”


ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM