Venesuela ABŞ-ı dövlət çevirilişinə cəhddə ittiham etdi

13:11 | 06.05.2016
Venesuela ABŞ-ı dövlət çevirilişinə cəhddə ittiham etdi

Venesuela ABŞ-ı dövlət çevirilişinə cəhddə ittiham etdi

"Onlar bilərəkdən böhranı təşviq edirlər”.

Venesuelanın xarici işlər naziri Delsi Rodriges ABŞ hakimiyyətinin ünvanına kəskin tənqidlə çıxış edərək Amerikanın ərzaq mallarının süni böhranını yaratdığını bəyan edib.

Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir. 

XİN rəhbəri hesab edir ki, beləliklə Amerika Birləşmiş Ştatları vətəndaşları qəzəbləndirmək və dövlət çevirilişini həyata keçirməyə çalışırlar. 

"Bizdə ABŞ-ın Venesuelada ərzaq çatışmazlığına vasitəçiklik etdiyinin sübutları var. Sənaye elitalarına məxsus ticarət şəbəkələri, vətəndaşları qəzəbləndirmək, daha sonra isə konstitusiya quruluşunu devirmək üçün bilərəkdən böhranı təşviq edirlər”, - Rodriqes bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb