Venger: "Almaniyada işləyə bilərəm"

20:18 | 08.05.2014
Venger: "Almaniyada işləyə bilərəm"

Venger: "Almaniyada işləyə bilərəm"

"Arsenal"ın çalışdırıcısı Arsen Venger məşqçi karyerasını Almaniyada davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsümün sonu London təmsilçisi ilə müqaviləsi başa çatacaq fransalı mütəxəssis hazırkı klubuyla sözləşməni yeniləmək üçün danışıqların davam etdiyini deyib. 

O bildirib ki, "Arsenal"dan başqa Premyer Liqa klubunu çalışdırmaq üçün ayrılmaz. Ancaq Venger Almaniyada işləməyi mümkün hesab edib:

"Əgər "Arsenal"dan ayrılsam, başqa bir ölkədə işləyərəm.  İngiltərədə  başqa bir klubda çalışmaram. Almaniyada isə məşqçi karyeramı davam etdirə bilərəm. Orada indiyə kimi işləməmişəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb